İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Pezeşkian: “Müharibə heç kimin xeyrinə deyil”

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, müharibə heç kimə fayda vermir və gərginliyin azaldılması üçün bütün rasional və diplomatik yollar istifadə olunmalıdır.

IRNA xəbər agentliyinin məlumatına görə, Pezeşkian Ədliyyə Nazirliyinə səfəri zamanı açıqlamalar verib.

O qeyd edib:

“Müharibə heç kimin xeyrinə deyil. Təhdidlərə qarşı dayanarkən eyni zamanda gərginliyi azaltmaq üçün bütün ağıllı və diplomatik üsullardan istifadə edilməlidir.”

Regional və beynəlxalq hadisələrə yanaşmada rasional mövqenin vacibliyini vurğulayan İran prezidenti, ABŞ və İsrailə qarşı etimadsızlığın və münasibətlərdə ehtiyatlı olmağın qaçılmaz olduğunu bildirib.

Pezeşkian İslam dünyasında yaxınlaşmanın vacibliyinə də toxunaraq deyib ki, İslam ölkələri arasında birliyin gücləndirilməsi xarici təsirlərin və təxribatların qarşısını almağın ən effektiv yoludur. Onun sözlərinə görə, həmrəylik, səmimiyyət və ortaq iştirak sayəsində bu çətinliklər aradan qaldırıla və ölkənin inkişaf yolu davam etdirilə bilər.

Prezident daha əvvəl Elm, Tədqiqat və Texnologiya Nazirliyinə səfəri zamanı da vurğulamışdı ki, İran müharibənin genişlənməsini istəmir və münaqişələrin davam etməsi heç bir tərəfə fayda gətirmir. O əlavə edib ki, problemlərin həlli gərginliyi artırmaqda deyil, dialoq və dağıntıların qarşısını almaqdadır.

Mənbə: TRT Haber

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az