Gundelik.az Dünya Pezeşkian: İranın dondurulmuş aktivlərindən 6 milyard dollar blokdan çıxarılıb
Dünya Siyasət Xəbərlər

Pezeşkian: İranın dondurulmuş aktivlərindən 6 milyard dollar blokdan çıxarılıb

İran Prezidenti Məsud Pezeşkian ölkənin Qətərdə dondurulmuş 6 milyard dollarının blokdan çıxarılması ilə bağlı məlumatları təsdiqləyib.

Gundelik.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

“Həyata keçirilən proqrama uyğun olaraq, İranın Qətərdəki 12 milyard dollar məbləğində vəsaitindən 6 milyard dolları blokdan çıxarılacaq və ölkəyə daxil olacaq. Qalan vəsaitlərin qaytarılmasına gəldikdə isə, hazırda bunun üzərində iş aparılır”, – Pezeşkian bildirib.

Exit mobile version