Gundelik.az Elm və təhsil Ədəbiyyat Peşədən Kənar Qalan İzlər
Ədəbiyyat Xəbərlər

Peşədən Kənar Qalan İzlər

Azərbaycan torpağı

Düzləri, dərəsi, dağları gözəl,
Çəməni, meşəsi, bağları gözəl,
Bulağı, çayları, gölləri gözəl,
Elin ruhu, canı, qanı bu torpaq!

Qoynunda lalələr, çiçəklər bitən,
Neftilə vətənə şöhrət gətirən,
Torpağında bol məhsullar yetişən,
İgidlərin məskənidir bu torpaq!

Havası, iqlimi behişt, şəfalı,
Ceyranı, cüyürü dağlar gözəli,
Qartallar oylağı aydın səmalı,
Ruha qida verən baldır bu torpaq!

Xəznədir, qızıldır, vardı bu torpaq,
Canlı bir həyatdır, daddı bu torpaq,
Elimə vətəndir, yurddu bu torpaq,
Ləldir, cəvahirdir, mülkdü bu torpaq!

Anadır, beşikdir bizə bu torpaq,
Onun adı ölməz Azərbaycandır,
Ruhumuz, canımız – vətənimizdir,
Müqəddəs ocaqdır bizə bu torpaq!

Yamaq

Hər yetənə olma yamaq,
Ey xisləti nankor insan,
Ona, buna az yaltaqlan,
Məmurlara olma yamaq.
Ağıllı sayma özünü,
Göstərmə çirkin üzünü,
Hamı bilir məqsədini,
Məmurlara olma yamaq.
Köhnə paltara ol yamaq,
Yamaqlara olma yamaq,
Kasıblığı atmaq üçün,
Məmurlara olma yamaq.
Ucadan heç vaxt danışma,
Otur sakit, danış asta,
Öz yerindən heç tərpənmə,
Məmurlara olma yamaq.
Hara getsən sən yamaqsan,
Yamaqların yamağısan,
Utanmırsan, çəkinmirsən,
Məmurlara olma yamaq.
Niyə belə iş görürsən,
Ay yolunu azmış insan?
Həqiqəti qəbul etsən,
Məmurlara olma yamaq.
Həyat özü bir sınaqdır,
Gah qaldırır, gah endirir,
Sən şərəfli yola qayıt,
Məmurlara olma yamaq.

Külək
Hava yaman dolaşıbdır,
Fasiləsiz külək əsir,
Hərtərəfi toz bürüyür,
Niyə dayanmırsan, külək?!

Çiskin, duman göyü tutub,
Səma tamamca qarışıb,
Çölə çıxmaq çətinləşib,
Niyə dayanmırsan, külək?!

Fəlakət yaratma belə,
Aləmi salma bəlaya,
İnsanları çəkmə dara,
Niyə dayanmırsan, külək?!

Yol gedənin kəsmə yolun,
Qoy mənzilə gedib çatsın,
Yaradana şükür etsin,
Niyə dayanmırsan, külək?!

İlahinin möcüzəsi,
Təbiətin şıltaq qızı,
İnsafa gəl, belə etmə,
Niyə dayanmırsan, külək?!

Mülayim ol bir balaca,
Sakitcə əs sən obada,
Qayğı göstər insanlara,
Niyə dayanmırsan, külək?!

Uçurtma evləri başa,
Ədaləti qoy ortaya,
İnsanları atma oda,
Niyə dayanmırsan, külək?!

Əsmə külək, əsmə belə,
Yolumuzu kəsmə belə,
Bizə zülüm etmə belə,
Niyə dayanmırsan, külək?!

Biz düşünüb-daşınırıq,
Səndən səbəb soruşuruq,
Cavabını eşitmirik,
Niyə dayanmırsan, külək?!

03.06.26
Ağcabədi şəhəri

Sabir Rüstəmoğlu (Məmmədov),
ADPU-nun Ağcabədi filialının dosenti, AYB və AJB- nin üzvü
Gundelik.az

Exit mobile version