İyul 8, 2026
Baku
Dünya İqtisadiyyat Xəbərlər

“PayPal” 2-ci rübdə xalis mənfəətini 12% artırıb

Amerika Birləşmiş Ştatlarının (ABŞ) ödəniş sistemi “PayPal Holdings” ikinci rübdə xalis mənfəətini 12% artırıb və illik proqnozunu yaxşılaşdırıb.

Bu barədə Gundelik.az şirkətin hesabatına istinadən xəbər verir.

2025-ci ilin aprel-iyun aylarında şirkətin xalis mənfəəti bir il əvvəlki 1,128 milyard dollar və ya hər səhm üçün 1,08 dollara qarşı 1,261 milyard dollar və ya hər səhmə görə 1,29 dollar təşkil edib. Birdəfəlik faktorlar nəzərə alınmadan şirkətin mənfəəti 1,19 dollardan bir səhm üçün 1,4 dollara yüksəlib.

Şirkətin gəliri 5% artaraq 8,288 milyard dollara çatıb.

“FactSet” tərəfindən sorğuda iştirak edən analitiklər orta hesabla 8,08 milyard dollar gəlirlə səhm başına 1,30 dollar düzəliş edilmiş mənfəət gözləyirdilər.

Şirkətin platformalarında ödənişlərin ümumi həcmi 6% artaraq 443,5 milyard dollara çatıb. Məzənnənin dəyişməsi nəzərə alınmayan göstərici də 5% artıb.

PayPal 2025-ci ildə hər səhmə görə 4,8-4,95 dollar dəyərində xalis gəlir əldə etməyi planlaşdırır. Düzəliş edilmiş mənfəət proqnozu 4,95-5,1 dollardan bir səhm üçün 5,15-5,3 dollara qədər yaxşılaşdırılıb. Üçüncü rübdə şirkət birdəfəlik faktorlar istisna olmaqla hər bir səhm üçün 1,18-1,22 dollar aralığında mənfəət gözləyir.

Son üç ayda “PayPal”ın bazar dəyəri təxminən 18% (76 milyard dollara qədər), “Nasdaq Composite” fond indeksi isə 22% artıb.

Gundelik.az