Oktyabr 15, 2026
Baku
Dünya Xəbərlər

Paşinyan yenə universitet diplomu ala bilmədi

Ermənistanın Baş naziri Nikol Paşinyan Dövlət İdarəçilik Akademiyasında təlim kursunu başa vurub. Ermənistan mediasındakı paylaşımda onun Akademiyanın nəzdində rus dili təlimini başa çatdırdığı bildirilib.

Gundelik.az Trend-ə istinadən xəbər verir ki, o, sentyabrın 17-də hökumətin iclasında zərb alətlərində ifa üzrə onlayn kurs keçdiyini və rus dili təlimlərinə qatıldığını açıqlamışdı.

Qeyd edək ki, Nikol Paşinyan İrəvan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alsa da, 1995-ci ildə sonuncu kursda universitetdən xaric edilmişdi. Buna görə də Dövlət İdarəçilik Akademiyasında təlim kursunu başa vurması onun ali təhsil diplomu əldə etməsi demək deyil.