İrəvanla Moskva arasında münasibətlər qarşılıqlı maraqlar əsasında qurulub və Ermənistan hökuməti onları gərginləşdirmək və ya kəsmək fikrində deyil.
Gundelik.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Tallinndə estoniyalı həmkarı Kristen Mixal ilə birgə keçirdiyi mətbuat konfransında deyib. Tədbir Ermənistan telekanallarında yayımlanıb.
“Ermənistanla Rusiya Federasiyası arasında münasibətlər qarşılıqlı maraqlar üzərində qurulub və bundan sonra da olacaq. Bununla belə, vurğulamaq istəyirəm: Ermənistanda bəzən, fikrimcə, reallığı təhrif edən bəyanatlar verilir. Bizim Rusiya ilə münasibətləri gərginləşdirmək, pozmaq və ya korlamaq niyyətimiz yoxdur”, – Paşinyan bildirib.
Ermənistanın baş naziri əlavə edib ki, rəsmi İrəvan bütün beynəlxalq tərəfdaşlarla yaxşı münasibətlər saxlamağa çalışır.
Gundelik.az
