İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

“PAŞA Bank”ın kredit portfeli 18% artıb, aktivləri isə azalıb

“PAŞA Bank” ASC 2024-cü il üzrə maliyyə göstəricilərini açıqlayıb.

Gundelik.az xəbər verir ki, “PAŞA Bank” 2024-cü ili 214,535 milyon manat xalis mənfəət ilə başa vurub.

Bank 2023-ci ili 271,551 milyon manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “PAŞA Bank”ın xalis mənfəəti 2023-cü illə müqayisədə 2024-cü ildə 21% və ya 57,016 milyon manat azalıb.

31 dekabr 2024-cü il tarixində “PAŞA Bank” 8,247 milyard cəmi aktivlərə, o cümlədən 3,361 milyard manat kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik olub.

31 Dekabr 2023-ci il tarixində isə “PAŞA Bank” 8,623 milyard manat cəmi aktivlərə, o cümlədən 2,842 milyard manat kredit portfelinə malik idi.

Beləliklə, ötən il “PAŞA Bank”ın cəmi aktivləri 4,3% və ya 374,600 milyon manat azalıb, o cümlədən kredit portfeli isə 18,2% və yaxud 518,446 milyon manat artıb.

Gundelik.az