İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

“PAŞA Bank Gürcüstan”ın xalis gəliri kəskin artıb

“PAŞA Bank Gürcüstan” 2024-cü ili 5,183 milyon manat xalis gəlir ilə başa vurub.

Bu barədə Gundelik.az bankın illik maliyyə hesabatına istinadən xəbər verir.

Məlumata görə, bank 2023-ci ili 1,100 milyon manat xalis gəlir ilə bağlamışdı. Beləliklə, “PAŞA Bank Gürcüstan”ın xalis gəliri 2023-cü illə müqayisədə 2024-cü ildə 4,7 dəfə və ya 4,083 milyon manat artıb.

31 dekabr 2024-cü il tarixinə “PAŞA Bank Gürcüstan” 430,590 milyon manat məcmu aktivlərə, o cümlədən 73,461 milyon manat məcmu kapitala malik olub.

31 Dekabr 2023-ci il tarixinə isə “PAŞA Bank Gürcüstan” 336,778 milyon manat məcmu aktivlərə, o cümlədən 71,050 milyon manat məcmu kapitala malik idi.

Beləliklə, ötən il “PAŞA Bank Gürcüstan”ın məcmu aktivləri 27,9% və ya 93,812 milyon manat, o cümlədən məcmu kapitalı isə 3,4% və yaxud 2,411 milyon manat artıb.

Gundelik.az