Gundelik.az Dünya Pakistanda daha bir terror aktı törədildi
Dünya Xəbərlər

Pakistanda daha bir terror aktı törədildi

Pakistanın Bəlucistan əyalətində təhlükəsizlik işçilərini daşıyan avtomobilin yaxınlığında partlayış baş verib.

Gundelik.az xarici KİV-ə istinadən xəbər verir ki, terror hücumu nəticəsində 4 nəfər ölüb, 3 nəfər yaralanıb.

Polis rəsmisi Naveed Ahmad bildirib ki, Kvetta şəhərində yol kənarındakı partlayıcı qurğu partlayıb: “Hücuma görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib. Hücumun Bəlucistan Azadlıq Ordusu tərəfindən həyata keçirildiyi ehtimalını nəzərdən keçiririk”.

Pakistanın daxili işlər naziri Möhsün Naqvi bombalı hücumu pisləyib və həlak olan təhlükəsizlik qüvvələrinin ailələrinə başsağlığı verib./unikal

Gundelik.az

Exit mobile version