Gundelik.az Ölkə Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edib
Ölkə Xəbərlər

Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edib

   Martın 9-da Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq Milli Məclisin sədri Sahibə Qafarovaya telefonla zəng edib. Telefon danışığı zamanı regionda baş verən proseslərdən narahatlıq ifadə olunub.
Tərəflər, həmçinin Azərbaycan Milli Məclisi və Pakistan Milli Assambleyası arasında ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər. Sülh, sabitlik və əməkdaşlıq baxımından parlamentlər arasında dialoqun əhəmiyyəti  qeyd olunub.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

Gundelik.az

Exit mobile version