Gundelik.az Dünya Pakistan Ali Məhkəməsi: 44 il əvvəl edam edilən Baş nazir Əli Bhutto ədalətli mühakimə olunmayıb
Dünya Xəbərlər

Pakistan Ali Məhkəməsi: 44 il əvvəl edam edilən Baş nazir Əli Bhutto ədalətli mühakimə olunmayıb

Zülfikar Əli Bhutto 14 avqust 1973-cü ildə ölkənin Baş naziri oldu, 1977-ci ildə general Ziya-ül-Həqin rəhbərlik etdiyi hərbi çevrilişlə devrildi və 1979-cu ildə edam edildi. Pakistan Xalq Partiyasının (PXP) qurucusu Bhutto, hərbi rejim altında sürətli bir məhkəmədən sonra asıldı.

Pakistan Ali Məhkəməsi 44 il əvvəl “qətl”də təqsirli bilinərək asılaraq edam edilən keçmiş Baş nazir Zülfüqar Əli Bhuttonun ədalətli mühakimə olunmadığına qərar verib. Ali Məhkəmənin baş hakimi Kazi Feyz İsa canlı yayımda qərarın onun sədrlik etdiyi doqquz nəfərlik heyət tərəfindən yekdilliklə qəbul edildiyini bildirdi.

Baş hakim bildirib ki, “Biz ədalətli məhkəmə araşdırması və lazımi prosedur tələblərinə əməl olunmadığını müəyyən etdik”.

Bhutto 14 avqust 1973-cü ildə ölkənin Baş naziri oldu, 1977-ci ildə general Ziya-ül-Həqqin rəhbərlik etdiyi hərbi çevriliş nəticəsində devrildi və 1979-cu ildə edam edildi. Pakistan Xalq Partiyasının (PPP) qurucusu Bhutto, hərbi rejim altında sürətli bir məhkəmə prosesindən sonra asıldı. Baş nazir Şahbaz Şərif qərarı alqışlayıb.

Baş nazirin ofisindən verilən açıqlamada deyilir: “Bir məhkəmə tərəfindən edilən səhvin digər məhkəmə tərəfindən düzəldilməsi müsbət haldır”.

Bu qərar Pakistan Xalq Partiyasının (PPP) lideri Bilaval Bhutto Zərdarinin atası Asif Əli Zərdarinin 2011-ci ildə prezident olduğu dövrdə verdiyi hüquqi müraciət nəticəsində qəbul edilib.

Ərizədə PPP-nin təsisçisinə verilən ölüm hökmünün yenidən baxılması ilə bağlı yuxarı məhkəmədən rəy istənilirdi.

Məhkəmə ətraflı qərarını daha sonra açıqlayacaq Bilaval Bhutto Zərdari sosial media platforması X-də paylaşım edərək bildirib: “Ailəmiz bu sözləri eşitmək üçün üç nəsil gözlədi”.

İnsan haqları təşkilatları general Ziya-ül-Haqın 11 illik diktaturasını demokratiyaya hücum, Xalq Partiyası da daxil olmaqla siyasi xadimləri təqib etmək və həbs etmək, eləcə də müxalifləri açıq şəkildə şallaqlamaqda ittiham ediblər. Ölkədə heç bir baş nazir beş illik səlahiyyət müddətini tam başa vurmayıb.

Pakistanın 77 illik tarixində heç bir baş nazir beş illik səlahiyyət müddətini tam başa vurmayıb.

Ziya-ül-Həqin ölümündən sonra, 1977-ci ildən bəri ölkədə ilk azad seçkilər 1988-ci ildə keçirildi.

Zülfüqar Əli Bhuttonun qızı Benazir Bhutto 1988-ci ilin noyabr ayında keçirilən seçkilərdə qalib gəldi və ölkənin ilk qadın baş naziri oldu.

Bhuttonun baş nazirlik vəzifəsi 6 avqust 1990-cı ildə korrupsiya ittihamları səbəbindən Prezident Qulam İshaq Xan tərəfindən dayandırıldı və seçkilər keçirildi.

Benazir Bhutto 1993-cü ildə yenidən Baş nazir seçildi, lakin o vaxtkı prezident Faruk Leqari 1996-cı ilin noyabrında hökuməti devirdi. Bənazir Bhutto 27 dekabr 2007-ci ildə Pakistanın Ravalpindi şəhərində sui-qəsd nəticəsində öldürülüb.

 

 

Mənbə:Euro news

Tərtib etdi: Əliyeva Jalə

Gundelik.az

Exit mobile version