Gundelik.az Xəbərlər İqtisadiyyat Ötən il Azərbaycanda külək və günəş enerjisi istehsalının həcmi açıqlanıb
İqtisadiyyat Xəbərlər

Ötən il Azərbaycanda külək və günəş enerjisi istehsalının həcmi açıqlanıb

Ötən il Azərbaycanda elektrik enerjisinin istehsalı 262,3 milyon kVt/saat (0,9 %) artaraq 28 milyard 657,5 milyon kVt/saat olub.

Bu barədə Gundelik.az Energetika Nazirliyinə istinadən xəbər verir. Bu dövrdə İstilik Elektrik Stansiyalarında (İES) 24 milyard 823,4 milyon kVt/saat, Su Elektrik Stansiyalarında (SES) 2 milyard 842,5 milyon kVt/saat, digər mənbələr üzrə isə 991,6 milyon kVt/saat, o cümlədən külək elektrik stansiyalarında (KES) 169,7 milyon kVt/saat, Günəş Elektrik Stansiyalarında (GES) 599,8 milyon kVt/saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 222,1 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

2024-cü illə müqayisədə külək və günəş elektrik stansiyalarında 162,3 milyon kVt/saat artımla 769,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

2025-ci ildə elektrik enerjisinin istehsalı “AzərEnerji” ASC üzrə 25 milyard 591,8 milyon kVt/saat (İES-lərdə 22 milyard 703,6 milyon kVt/saat, SES-lərdə 2 milyard 827,1 milyon kVt/saat, GES-lərdə 61,1 milyon kVt/saat), “Azərişıq” ASC üzrə KES-lərdə 27 milyon kVt/saat, müstəqil elektrik stansiyaları üzrə isə 3 milyard 38,7 milyon kVt/saat təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin ixracı 1 milyard 147,3 milyon kVt/saat, idxalı isə 177,2 milyon kVt/saat olub.

Exit mobile version