İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

Orban və Tramp görüşəcək

Macarıstan Baş naziri Viktor Orban noyabrın 7-də Vaşinqtona səfər edəcək və ABŞ Prezidenti Donald Trampla ikitərəfli əməkdaşlıq, enerji, hərbi-sənaye, iqtisadi və maliyyə sahələrində əməkdaşlıq məsələlərini müzakirə edəcək.

Gundelik.az Macarıstan mətbuatına istinadən xəbər verir ki, liderlər həmçinin Ukraynadakı vəziyyəti də danışacaqlar. Baş nazirin sözlərinə görə, əgər imkan yaranarsa, Budapeşt “şübhəsiz” Ukrayna nizamlanması üzrə sammitə ev sahibliyi edəcək.

Əvvəlki məlumatlara görə, Trampın Budapeştdə Rusiya prezidenti Vladimir Putinlə görüş keçirməyi planlaşdırdığı, lakin bu görüşün ləğv edildiyi bildirilmişdi. Bir gün əvvəl Bloomberg agentliyi mənbələrə istinadən Trampın Orbanla noyabrın 8-də görüşmək niyyətində olduğunu xəbər vermiş, lakin görüşün yeri ilə bağlı yekun qərarın hələ verilmədiyi qeyd olunmuşdu.

Gundelik.az