Yeni cədvələ əsasən, “OPEC+” ölkələri 2025-ci ilin noyabrından 2026-cı ilin iyununa qədər gündəlik 221-832 min barel artıq neft hasilatını kompensasiya edəcəklər.
Gundelik.az bu barədə “TASS”a istinadən xəbər verir.
Qeyd edilib ki, bunun əksəriyyəti Qazaxıstanın payına düşür (83-669 min barel). Bu, OPEC Katibliyinin İraq, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan və Omandan aldığı yenilənmiş təzminat planlarından irəli gəlir.
Qrafikə əsasən, kompensasiyanın həcmi noyabrda sutkada 221 min barel, dekabrda 272 min barel olacaq, sonra isə hər ay artaraq 2026-cı ilin iyununda sutkada 832 min barelə çatacaq.
