Oktyabr 9, 2026
Baku
İqtisadiyyat Xəbərlər

Ölkədə inflyasiya ilə bağlı son rəqəmlər açıqlandı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 5.7 faiz artıb.

Bu barədə Gundelik.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, cari avqust ayında istehlak qiymətləri iyul ayı ilə müqayisədə 0.2 faiz artıb.

Qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan və bazis inflyasiyası kimi qəbul edilmiş istehlak qiymətlərinin bazis indeksi 2026-cı ilin avqust ayında iyul ayı ilə müqayisədə 0.3 faiz, ötən ilin avqust ayı ilə müqayisədə 5.1 faiz, yanvar-avqust aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 5.5 faiz artıb.