ABŞ-nin “Nvidia Corporation” şirkəti və onun tərəfdaşları yaxın 3-4 il ərzində ölkədə təxminən 500 milyard dollar dəyərində süni intellekt və superhesablama texnologiyaları istehsal edib quraşdıra bilər.
Gundelik.az xəbər veriki, bu barədə şirkətin baş direktoru Censen Huanq “Fox News” telekanalına müsahibəsində bildirib.
Huanqın sözlərinə görə, hazırda ABŞ-də süni intellektin idarə etdiyi yeni sənaye inqilabı başlayıb. O qeyd edib ki, ötən həftə Nvidia Tayvan Yarımkeçirici İstehsalat Şirkəti (TSMC) ilə əməkdaşlıq çərçivəsində Arizonadakı zavodda Blackwell çipləri üçün ilk Amerika istehsalı yarımkeçirici vaflini istehsal edib.
“Keçən həftə tarixi idi. İlk dəfə olaraq, dünyanın ən qabaqcıl AI çiplərini ABŞ-nin ən müasir fabrikində istehsal etdik. Bütün bu proses Prezident Donald Trampın ölkəni yenidən sənayeləşdirmə təşəbbüsü ilə başladı. Onun idxal tarifləri bu prosesi sürətləndirdi və nəticədə biz bir ildən az müddətdə süni intellekt texnologiyalarını daha da inkişaf etdirdik. Bu, yalnız başlanğıcdır”, – deyə Huanq vurğulayıb.
Şirkət rəhbəri həmçinin Tramp administrasiyasının enerji siyasətinin bu inkişafda mühüm rol oynadığını qeyd edib:
“Prezident Trampın enerji yönümlü təşəbbüsləri texnologiya sənayesinin davamlı böyüməsinə şərait yaratdı”, – deyə o əlavə edib.
Gundelik.az
