İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Nişandan qayıdan qardaşlar qəzaya düşdü

Beyləqanda baş verən qəza zamanı ikisi qardaş olmaqla 3 nəfər xəsarət alıb.

Gundelik.az Teleqraf-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun Birinci Şahsevən kəndi ərazində baş verib.

“Lada Xəzər” markalı avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı 1999-cu il təvəllüdlü Ülvi Bariz oğlu Həşimov, 1996-cı il təvəllüdlü Elvin Bariz oğlu Həşimov və 1999-cu il təvəllüdlü Məhərrəm Elman oğlu Səfərov ağır xəsarət alaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin məlumata görə qəzaya düşənlər nişan mərasimindən qayıdan zaman baş verib.

Faktla bağlı araşdırma aparılır.

Gundelik.az