İsrailin Baş naziri Benyamin Netanyahu, ölkəsi ABŞ ilə birlikdə İrana hücumlarını davam etdirərkən, çərşənbə axşamı günü İran xalqına müraciət edərək, onları Novruz bayramını qeyd etmək üçün küçələrə çıxmağa çağırdı və İsrail ordusunun “yuxarıdan izlədiyini” söylədi.
Tel-Əvivdəki hərbi bazadan göndərilən video mesajda Netanyahu dedi: “Budur, mən müdafiə nazirimiz, baş qərargah rəisimiz, Mossad rəhbəri, Hərbi Hava Qüvvələri komandanımız və yüksək rütbəli komandirlərimizlə birlikdəyəm. Son 24 saat ərzində bu zülmün iki ən yüksək terrorçu liderini zərərsizləşdirdik”.
Netanyahu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin və İran İnqilab Keşikçiləri Korpusuna (İİKK) bağlı Bəsic hərbiləşdirilmiş milisinin rəhbəri Qulam Rza Süleymaninin öldürülməsindən bəhs edirdi. Netanyahu İran xalqını küçələrə çıxıb Novruz bayramını qeyd etməyə çağıran mesajda deyib: “Təyyarələrimiz yerdə, yol ayrıclarında, şəhər meydanlarında terrorçu elementlərə zərbələr endirir. Bu, cəsur İran xalqının Od Bayramını qeyd edə bilməsi üçün edilir. Ona görə də çıxın və qeyd edin, biz yuxarıdan izləyirik”
Mənbə:T24
Tərtib etdi:Səid Mikayılzadə
Gundelik.az

