İsrail Baş Naziri Binyamin Netanyahu hərbi məzuniyyət mərasimindəki çıxışında İsrailin İrana qarşı siyasəti ilə bağlı açıqlama verib.O, orduya və mülki müdafiə bölmələrinə ABŞ-ın İrana mümkün hücumuna hazırlaşmaq üçün təlimat verdiyini bildirib və əlavə edib ki, İsrail İrana qarşı ən böyük müttəfiqi olan ABŞ ilə çiyin-çiyinə işləyir.
Netanyahu bildirib ki, ötən həftə ABŞ Prezidenti Donald Trampla görüşündə İsrailin İranla danışıqlarda riayət olunacaq fundamental prinsiplər barədə mövqeyini çatdırıb. Bütün ssenarilərə hazır olduqlarını vurğulayan Netanyahu bildirib ki, “Bir şey dəqiqdir, əgər Ayətullah bizə hücum etmək səhvini etsə, təsəvvür edə bilmədiyi bir cavabla qarşılaşacaq.”
Tərtib edən: Cəfərova Kəmalə
İstinad: CNN Türk
Gundelik.az
