“NEO Bank Olmayan Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yığıncağı keçirilib.
Gundelik.az bu barədə şirkətə istinadən xəbər verir.
Məlumata görə, ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 3, ev 4 ünvanında yerləşən “NEO Bank Olmayan Kredit Təşkilatı” ASC-nin ofisində 23.02.2026-cı il tarixdə saat 14:00-da başlayıb və həmin gün saat 15:00-da başa çatıbr.
Yığıncağın gündəliyi aşağıda qeyd edilənlərdən ibarət olub:
- İclas sədrinin və katibinin təyin edilməsi;
- İclasın gündəliyinin təsdiq edilməsi;
- “NEO Bank Olmayan Kredit Təşkilatı” ASC-də Müşahidə Şurasının yeni tərkibdə təsdiq edilməsi.

