Gundelik.az Ölkə Nazir tanınmış cərrahın vəzifəsini yüksəldib – Sədr müavini oldu
Ölkə Xəbərlər

Nazir tanınmış cərrahın vəzifəsini yüksəldib – Sədr müavini oldu

Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində yeni təyinat olub.

Gundelik.az Qaynarinfo-ya istinadən xəbər verir ki, nazir Anar Əliyevin müaviq əmri ilə Samir Şixiyev qurumun İdarə Heyəti sədrinin müavini təyin edilib.

Qeyd edək ki, Samir Şixiyev bu təyinatadək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışırdı.

Samir Şixiyev 2004-2025 ci illərdə Akademik Mirqasimov adına Resbuplika Klinik Xəstəxanasında cərrah işləyib. O, 2016-cı il Aprel döyüşlərində həkim kimi iştirak edib.

Exit mobile version