Gundelik.az Ölkə Nazir Adil Kərimli Siyəzəndə vətəndaşları qəbul edəcək
Ölkə Xəbərlər

Nazir Adil Kərimli Siyəzəndə vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Adil Kərimli mayın 30-da saat 10:00-da Siyəzən rayon Heydər Əliyev Mərkəzində (ünvan: Siyəzən şəhəri, Heydər Əliyev küçəsi 90) Siyəzən, Şabran, Xaçmaz, Quba, Qusar rayonlarından olan vətəndaşların müraciətlərini dinləyəcək.

Bu barədə Gundelik.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, vətəndaşlar mayın 26-dək nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

Gundelik.az

Exit mobile version