Naxçıvan Dövlət Universitetinin yeni layihələri, hədəfləri və məqsədləri ölkənin uzunmüddətli tədris prioritetləri müstəvisində daha effektiv nəticə verməkdədir. Bu sahədə, daha aktual problemlərin müəyyən olunması, onun həlli yollarının ortaya qoyulması, bu sferalar üzrə elmi mahiyyəti, əsasları və bazası yüksək olan araşdırmaların nəzərə alınması daha da səmərəli hesab olunur. Təbii olaraq, Naxçıvan Dövlət Universitetinin xüsusilə də, son beş il ərzində müəllifi olduğu layihələr, yeni əməkdaşlıqlar və töhvə vermiş olduğu elm və təhsil islahatları olduqca faydalıdır. Bu sahədə, universitetimizin hələ, 2021-ci ilin ortalarından milli və beynəlxalq zəmində başlatmış olduğu əməkdaşlıqlar indiki şəraitdə uğurla davam etdirdiyi tədris münasibətlərinin güclü bazası olaraq əhəmiyyətlidir. Belə ki, bu beş ildə istər ölkənin ali mətkəbləri, istərsə də, qardaş Türkiyə Cümhuriyyətinin ali məktəbləri, eyni zamanda, Avstriya, Polşa, Yaponiya, Rusiya və digər ölkələrlə əldə olunan əməkdaşlıqlar daha mütərəqqi elmi araşdırma və ixtisaslaşma mühitini yaratmaqdadır. İndiki inkişaf şəraitində isə Naxçıvan Dövlət Universitetinin Azərbaycan Dövlət Aqrar Universiteti ilə görüşlər keçirməsi, əməkdaşlıqlar üçün yol xəritəsinin müəyyən olunması və momerandumun imzalanmış olması, daha aktual məsələ olaraq
əhəmiyyətlidir. Tədris sahəsindəki təcrübə, davam edən islahatların yönü, hədəfləri və modern reallıqlar universitetlərarası əməkdaşlıqların daha böyük səmərə verəcəyini göstərməkdədir. Daha innovativ, daha texnoloji təminatlı, daha yaradıcı ideya vətəşəbbüslərin həyata keçirilməsi, universitetlərarası işbirliyinin ana məqsədlərini ifadə edir. Məhz belə bir mərhələdə, universitetlərarası əməkdaşlıqların təşəkkülü artıq Universitetlər ittifaqının yaranması və ölkənin Elm və Təhsil nazirliyinin nəzarəti əsasında daha səmərəli işbirliklərinin gerçəkləşməsi msələlərinə etibarlılıq gətirməkdədir. Məhz Naxçıvan Dövlət Universitetinin müəllifi və hərəkətverici qüvvəsi olduğu əməkdaşlıqlar bir model olaraq əhəmiyyətlidir. Müasir dövrdə ölkəmizdə milli iqtisadiyyatın uzunmüddətli perspektivlərinin müəyyən olunması, iqtisadiyyatın sahə strukturunun, xüsusilə də, aqrar bölmənin perspektivlərini daha da artırmaqdadır. Aqrar bölmə, iqtisadiyyatın sənaye əhəmiyyətinin yüksəldilməsində, xammal bazasının möhkəmlənməsində və mezoiqtisadi dinamikasının güclənməsində olduqca faydalılığı ilə seçilməkdədir. Aqrar bölmə, sosial mahiyyəti, məşğulluq çəkisi, məhsuldarlıq göstəriciləri olduqca yüksək olan sahədir. Məhz belə bir məqamda Naxçıvan Dövlət Universitetinin imzalamış olduğu memorandum qarşıdakı dövrlər üçün də çox səmərəlidir. Bir mənalı olaraq, qeyd etmək olar ki, Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin və Kənd təsərrüfatı və təbiətşünaslıq fakültələrində bu əməkdaşlıqların davamlılığı, perspektivliiyi və səmərəliliyi üçün kadr, elmi araşdırma və təsisatlar üzrə kifayət qədər yüksək potensial olmaqdadır. Burada bir uğurlu meyar da odur ki, Naxçıvan Dövlət Universitetinin fakültələrində çoxsaylı ixtisaslar üzrə mütəxəssis hazırlığının aparılması ölkənin bütün ali məktəbləri ilə qarşılıqlı əməkdaşlıqlar üçün çox faydalı, yetərli və səmərəli olacaqdır. Naxçıvan Dövlət Universitetinin yeni hədəfləri və prioritetləri çoxşaxəlidir. Tədris proseslərinin daha da təkmilləşdirilməsi, davam edən islahatlara uyğunlaşdırılması, universitet yeniliklərinin nəzərə alınmaqla, daha mütərəqqi layihələrin həyata keçirilmiş olması digər ali təhsil müəssisələrinin müvafiq prosesləri üçün də həm dəstək, həm də model olaraq qəbul oluna bilər. Bu sahədə, ali məktəbin rektoru Elbrus İsayevin rəhbərliyi ilə uğurla davam edən proseslərin, reallaşdırılmış olan layihələrin və daha da əlçatan olan hədəflərin düzgün müəyyən olunması daha mütərəqqi nəticələr vəd etməkdədir. Hörmətli rektorun Azərbaycan Dövlət Aqrar Universitetinə səfərindən sonra növbəti görüşlər, Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda olmuşdur. Naxçıvan Dövlət Universitetinin bu elmi tədqiqat müəssisəsi ilə əməkdaşlıq münasibətlərində qarşıdakı dövrlər üzrə faydalı nəticələr əldə olunacaqdır. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, universitetimizin ərazisində 4 hektar sahədə inşa olunan Texnologiyalar Parkının (Texnopark) strukturunda yer alan sahələr həm səmərəli təsərrüfat mexanizmlərinin təşəkkülü, həm də, müvafiq istiqamətlər üzrə elmi
araşdırmaların aparılması məqsədilə olduqca əhəmiyyətli olacaq. Diqqət etdikdə aydın olur ki, Texnoparkda digər sahələrlə yanaşı, eyni zamanda:
– gülkarlıq;
– tingçilik;
– kənd təsərrüfatı və aqronomluq;
– üzümçülük;
– meliorasiya;
– arıçılıq sahələri;
– sərgi biopark;
– eləcə də, Nəbatət bağı fəaliyyət göstərəcək ki, bu da, həm universitetin davamlı inkişafı üçün yeni imkanlar demək olacaq, həm də Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu ilə qarşılıqlı əməkdaşlıqlara fayda verəcək.
Xeyirli olsun.
Cavadxan Qasımov
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru
Gundelik.az
