Gundelik.az Elm və təhsil NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ƏMƏKDAŞLIQLARI YENİ ƏSƏRLƏR ÜÇÜN ZƏMİN YARADIR
Elm və təhsil Mədəniyyət və cəmiyyət

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ƏMƏKDAŞLIQLARI YENİ ƏSƏRLƏR ÜÇÜN ZƏMİN YARADIR

Azərbaycan Respublikasında elm və tədris proseslərində uzunmüddətli perspektivlərin müəyyən olunması, müvafiq sahə üzrə davamlı islahatların əsas mahiyyətini ortaya qoymaqla, yeni keyfiyyət mərhələlərinin başlanğıcını qoymaqdadır. Təbii olaraq, bu mərhələlər, qalib ölkənin inkişaf edən ali məktəbi kimi Naxçıvan Dövlət Universitetinin ixtisaslaşma sahəsi ilə yanaşı, eyni zamanda, elmi araşdırmaların da səmərəliliyinin təmin olunması və yüksəldilmiş olmasında olduqca mühüm tərəflərinə görə seçilməkdədir. Bu proseslər özünü xüsusilə də, son beş il ərzində universitetlərarası əməkdaşlıqların daha sistemli şəkildə qurulmasına təminat verir. Geridə qalan müddətdə əsasən də qardaş Türkiyə Cümhuriyyətinin nüfuzlu ali məktəbləri ilə məhsuldar nəticələrlə müşayiət olunan əməkdaşlıqlar malik olduğu üstünlüklərinə görə seçilməkdədir. Bunlardan biri də, Erzurum Atatürk Universiteti ilə müəllim mübadiləsi proqramı çərçivəsində həyata keçirilmiş olan tədbirlərdən ibarətdir. 1957-ci ildə yaradılan Ərzurum Atatürk Universiteti, hazırda 100 min ətrafında tələbəsi ilə qarşılıqlı əməkdaşlıq üçün daha faydalı olmaqdadır. Belə ki, ALLAHA Şükürlər olsun ki, 3-8 mart 2024-cü il tarixlərində qardaş Türkiyə Cümhuriyyətinin Erzurum Atatürk Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində müəllim təcrübə mübadiləsi çərçivəsində tədris proseslərində iştirak etdim və dərs dedim. Burada təcrübədə olmaq, mənim üçün olduqca səmərəli oldu. Həmin universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, prof. doktor Vedat Kaya, dəyərli professorumuz Kerem Karabulut və Beynəlxalq ticarət və logistika kafedrasının müdiri, prof. doktor Abdullah Takım və həmin fakültənin kollektivi ilə görüşlərimiz zamanı dostluq və qardaşlıq münasibətlərinin elmi araşdırmalar sahəsində daha səmərəli davam etdirilməsi üçün razılığa gəldik. Və belə qərara aldıq ki, Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin “Beynəlxalq ticarət və menecment” kafedrasının əməkdaşları ilə Erzurum Atatürk Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin əməkdaşları arasında ortaq kitab yazılmasına başlayaq. Mövzu isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin təmin olunduqdan sonrakı yeni reallıqlar müstəvisində Zəngəzur dəhlizinin tarixi, iqtisadi, mədəni, sosial, coğrafi və digər çoxistiqamətli sferalar üzrə əhəmiyyətindən bəhs etmiş oldu. Keçən zaman ərzində bölmələr üzrə mövzular müəyyən olundu və kitabın yazılmasına başladıq. Hər iki ali məktəbin əməkdaşlarının, professor müəllim heyətinin tamamlamış olduğu kitabın adı isə son dərəcə aktual mövzuya aid olunaraq, “Zəngəzur dəhlizi: Türkiyə-Azərbaycan-Naxçıvan iqtisadi, xarici ticarət və logistik əlaqələri” kimi yerinə yetirildi. Kitab, Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olaraq, Naxçıvan Muxtar Respublikasının yeni reallıqlar müstəvisində istər Azad İqtisadi Zona, istərsə də Logistik Mərkəz kimi üstünlüklərinə elmi yanaşma və əsaslandırmalarla olduqca əhəmiyyətlidir. Qardaş Türkiyə Cümhuriyyətinin Erzurum Atatürk Universiteti tərəfindən
dəyərli alimlərdən Kerem Karabulut, Abdullah Takım, Cevat Gerni, Fehim Bakırcı, Ziya Çağlar Yurttançıkmaz, Ömer Selçuk Emsen, Serap Bedir Kara, Dilek Özdemir, Müsemma Çökerdenoğlu, Yusuf Akan, Muhammed İkbal Tepeler, Tuba Şahinoğlu, Buket Aydın, Dursun Engin Karabulut, Fehim Bakırcı, Mehmet Günay, Fatma Demir Yazar, M. İhsan Çubukcu, Ahmet Fatih Aydemir, Tolga Yalçıntekin kitabın bir bölməsinin müəllifləri olaraq əsaslı elmi araşdırma nəticələrini ortaya qoymuş oldular. Naxçıvan Dövlət Universitetinin dəyərli alimlərindən və araşdırmacılarından isə Cavadxan Qasımov, Bulqeyis Novruzova, İradə Bağırova, Sədaqət Əhmədova, Sevinc Cabbarova, Mədinə Allahverdiyeva, Ülvi Baxışlı, Nəsrin Əliyeva, Vüsal Hüseynov, Rahibə Əbdülhəsənova, Zahid Qənbərov, Tutu Alıyeva və Rövşən Tağıyev digər bölmənin işlənməsi və elmi əsaslarının təşəkkülü məsələlərində fəallıq göstərmişlər. Bölmələrdəki tədqiqatlar, xüsusilə:
– Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikasına bağlı Naxçıvan Muxtar
Respublikasının sosial-iqtisadi əlaqələri və bu müstəvidə Zəngəzur dəhlizinin
əhəmiyyətindən;
– Zəngəzur dəhlizinin Türkiyə ilə Azərbaycanın xarici ticarət, logistik və strateji
əhəmiyyəti prizmasında dəyərləndirilməsindən;
– Zəngəzur dəhlizinin bölgənin enerji təhlükəsizliyi siyasətləri məqsədləri üzrə
əhəmiyyətindən;
– Zəngəzur dəhlizi və Qars-İqdir-Naxçıvan dəmiryolunun sosal-iqtisadi
təsirlərindən;
– Zəngəzur dəhlizinin açılmasından sonrakı mərhələdə Şərqi Anadolu bölgəsinə
ola biləcək təsirlərindən;
– Zəngəzur dəhlizinin perspektivləri və yeni iqtisadi reallıqların Naxçıvan
Muxtar Respublikasının iqtisadi inkişafında rolundan;
– Zəngəzur dəhlizinin iqtisadi və geosiyasi əhəmiyyətindən;
– Zəngəzur koridoru və biznes fəaliyyətlərinin beynəlxalqlaşma fürsətlərindən;
– Enerjı, tıcarət və infrastruktur: Zəngəzur dəhlizinin Naxçıvana təsirindən;
– Zəngəzur dəhlizinin istismara verilməsindən sonra Azərbaycanın maliyyə vəziyyətindən və daha mühüm mövzulardan dolğun şəkildə olmaqla bəhs etməkdədir. Burada bir məqamı xüsusilə qeyd etmək lazımdır. Bu da, dəyərli professorl. Kərəm Karabulutun və Abdullah Takımın kitabın yazılması sahəsindəki təklifimizi vaxt itirmədən Türkiyədəki həmkarlarımızla bölüşməsi, ortaq müzakirələrimizin başladılması və tamamlanmasına qədərki mərhələlərdəki həssaslıqlarından ibarət olmaqdadır. Xüsusilə də, professor Kərəm Karabulut layihənin başlandığı ilk gündən böyük təmkinlə, qardaşlığını, dəstəyini və doğma münasibətini minnətdarlıq hissi ilə vurğulamaq istəyirəm. Kitabın yazılmasında, tamamlanmasında və çap olunmasında zəhməti olan hər kəsə, hər iki qardaş Ali Məktəblərinin rəhbərlərinə, fakültələrin kollektivinə və kafedramızın əməkdaşlarına dərin minnətdarlıq edirəm. Ölkəmizin ayrılmaz tərkib hissəsi olaraq, Naxçıvan Muxtar Respublikasının malik olduğu potensial Zəngəzur dəhlizinin istismara verilməsindən sonrakı mərhələlər üçün ölkəmizin milli iqtisadiyatına daha səmərəli töhvələr verəcəkdir. Hər şeydən əvvəl, bildirmək olar ki, muxtar respublikamız tarixi İpək Yolunun üzərində yerləşir və bu, olduqca mühüm göstəricidir. Digər bir tərəfdən, muxtar respublika iqtisadiyyatında
kənd təsərrüfatının və sənayenin qarşılıqlı perspektivlərə malik olması, burada, güclü ticarət fəallıqları yaradır. Eyni zamanda, muxar respublika ərazisində beynəlxalq hava limanının fəaliyyət göstərmiş olması, Zəngəzur dəhlizinin iqtisadi fəallığa daha geniş əhatədə təsir dairəsini yaradacağına təminat vermiş olacaq. Bütün bunlarla yanaşı, Naxçıvan Muxtar Respublikasının ölkə ərazisinin əsas hissəsinə daha mütərəqqi əsaslarla inteqrasiya olunması, həmçinin bunun, öz mühüm təsirlərini daha çox iqtisadi sahələrin perspektivliliyinin yüksəldilməsinə zəmin olacağı baxımından da olduqca əhəmiyyətli olacaqdır. Yeni iqtisadi reallıqlar müstəvisində muxtar respublikada ölkənin bütün əraziləri ilə, turizm mobilliyinin daha geniş əhatədə təmin olunması mümkün olacaqdır ki, bu da, bütün tərəflərinə görə uzunmüddətli prioritetlərin daha da əlçatan olmasına səbəb olacaqdır. Təbii olaraq, əldə olunan nəticələr, mövcud blokada vəziyyətinin təhdidlərinin muxtar respublika üçün minimuma endirilməsi üçün daha əlverişli şərait açmış olacaq. Nəzərə alsaq ki, Naxçıvan Muxtar Respublikası özünün regional iqtisadi siyasətinə malikdir, onda bu, bütünlükdə, ölkənin davamlı milli iqtisadi inkişaf proseslərinin daha səmərəli təşəkkülünə təminat yaradacaqdır. Eyni zamanda, Zəngəzur dəhlizinin yaradılması, Naxçıvan Muxtar Respublikasının 2023-2027-ci illər üzrə sosial-iqtisadi inkişafına dair Dövlət proqramında yer alan 11 prioritetin daha çevik reallaşmasına etibarlılıq gətirəcəkdir. Ölkənin uğurla davam edən sənayeləşmə siyasətinin səmərəliliyinə, xüsusilə də, Sənaye Park və Məhəllələrinin yaradılması
prosesləri ilə müşayiət olunan tədbirlərin daha səmərəli nəticələrinə təminat verməklə, burada, məşğulluq, istehsal və rifah göstəricilərinin artan dinamikada təşəkkülünə zəmin açacaq.
Beləliklə, ölkəmizin milli iqtisadiyyatı üçün çoxistiqamətli inkişaf məqsədilə yaranan yeni iqtisadi reallıqlar müstəvisində ortaq elmi araşdırmaların aparılmasından, ölkəmizin ayrılmaz tərkib hissəsi olaraq, Naxçıvan Muxtar Respublikasının buradakı iqtisadi əhəmiyyətindən və iki qardaş ölkənin elmi və iqtisadi işbirliklərindən bəhs edən müzakirələrimiz bundan sonrakı mərhələlər üçün da davamlı olacaqdır. Bu sahədə ortaq kitabların, məqalələrin, elmi araşdırma nəticələrinin ələ alınması sahəsində layihələrimiz yenə uğurlu nəticələri ilə müşayiət olunacaqdır. Xeyirli olsun.

Cavadxan Qasımov
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru

Gundelik.az

Exit mobile version