Naxçıvan Dövlət Universitetinin elm və təhsilin inkişafı sahəsindəki perspektivləri geridə qalan 2024-cü ilin yekunlarına görə dinamik artım tempinə malik olmuşdur. Əməkdaşlar, nüfuzlu elmi nəşrlərdə əsərlərini çap etdirməklə, beynəlxalq miqyasda öz fəaliyyətlərini qurmuşlar. Universitetin malik olduğu resurslar, genişmiqyaslı tədqiqatlar üçün mühüm baza oldu ki, bu da, özünü geridə qalan ilin uğurlu elmi nəticələrini təşkil etmiş oldu. Elmi tədqiqatlar sahəsində əhəmiyyətli irəliləyişlər oldu. Diqqət etdikdə aydın olur ki, 2024-cü ildə ali məktəbdə 2400-dən çox elmi əsər nəşr olunub. Belə ki, Scopus və Web of Science bazalarında nəşr sayı 63 olub ki, bu da ötən illərlə müqayisədə ciddi artım demək olur. Scopus və Web of Science məqalələrinin sayı son 5 ilin ümumi göstəricilərindən artıq olub. Belə ki, 2020-ci ildə universitet üzrə cəmi 579 nəşr olmuşdu ki, buna görə heyət üzrə orta nəşr sayı 1,3 olub. 2024-cü ildə hər bir akademik heyətə düşən nəşr sayı 4.3 olub. Təkcə ötən illə müqayisədə hər əməkdaşa düşən nəşr sayı 1 vahid artıb. 2019-2023-cü illərdə 5 ilin nəticəsinə görə Scopus bazasında cəmi 34 nəşr var idisə, təkcə 2024-cü ildə bu say 53 olub.
Müstəqil ölkə olaraq, bütün sahələrdə olduğu kimi, təhsil sahəsinin dayanıqlığı, etibarlılığı və perspektivliliyi də diqqət mərkəzində olmuş, proseslər, 2023-2024-cü tədris ilində də bu sahənin uğurları üzrə davam etmişdir. Naxçıvan Dövlət Universiteti, məhz bu proseslərin məntiqi ardıcıllığında dünya təhsilinə tam və dolğun inteqrasiya edən model formalaşdırmış və bunun əsasında da mühüm göstəricilər əldə olunmuşdur.
Bəhs olunan tədris ili ərzində universitetimizdə 10178 tələbə təhsil almışdır ki, onun da təhsil səviyyələri üzrə bölgüsü aşağıdakı kimi olmuşdur:
– bakalavr təhsil səviyyəsinin əyani və qiyabi şöbələrində 76 ixtisas üzrə 7820, o
cümlədən 1394 əcnəbi tələbə;
– magistratura təhsil səviyyəsində 75 ixtisaslaşma üzrə 380 magistrant, o cümlədən 4 əcnəbi magistrant;
– doktorantura səviyyəsi üzrə 93 və rezidentura üzrə 92 nəfər rezident təhsil
almaqla, elmi və pedaqoji fəaliyyətin imkanlarından yararlanmaqdadırlar. Naxçıvan Dövlət Universitetində tələbələr üçün yaradılmış olan şərait onun milli mənsubiyyət fərqi olmadan bütün tələbələrini əhatə etməkdə və bütün tələbələrin savadlanmasına hesablanmaqdadır. Məhz bu mənada, diqqət etdikdə aydın olur ki, ali məktəbin inteqrasiya proseslərində fəal təmsil olunması, burada təhsil alan əcnəbi tələbələrin sayındakı artımda da özünü göstərməkdədir. Belə ki, ali məktəbin hazırlıq şöbəsinin dinləyiciləri ilə birlikdə 1641 əcnəbi tələbə təhsil almışdır ki, onlar Türkiyə, İran, Nigeriya, Rusiya, Özbəkistan, Cənubi Koreya, və Pakistan dövlətlərinin vətəndaşlarından ibarət olmuşdur. Dövlət tərəfindən göstərilmiş olan etimadın, qayğı və diqqətin mühüm göstəricilərindən birini də, Naxçıvan Dövlət Universitetinin əhatəsinin, ərazisinin və tədris proseslərinin şaxələndirilməsi ilə bağlı olan meyarlar təşkil etməkdədir. Bu barədə, 2023-2027-ci ilə illər üzrə müvafiq Dövlət proqramında da zəruri məsələlər təsbit olunmuşdur. Orada, “İnsan kapitalının inkişafı” adlanan 9-cu prioritetdə göstərilir ki, Naxçıvan Muxtar Respublikasının ümumi təhsil müəssisələrində təhsilverənlərin peşəkarlıq səviyyəsinin davamlı olaraq yüksəldilməsini təmin edən innovativ texnologiyalara əsaslanan ixtisasartırma təlimləri təşkil ediləcək, istedadlı uşaqlar üçün liseylərin və təmayülləşmənin əhatə dairəsi genişləndiriləcək, təhsil müəssisələrində elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat (STEAM) əsaslı tədrisin tətbiqi həyata keçiriləcək, Naxçıvan Dövlət Universitetinin nəzdində ingilisdilli orta məktəbin yaradılması layihəsi icra olunacaqdır. Naxçıvan Muxtar Respublikasında ali təhsilin keyfiyyətinin artırılması məqsədilə Naxçıvan Dövlət Universiteti ilə digər ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlıq gücləndiriləcək, birgə proqramlar təşkil olunacaq, həmçinin ali təhsil müəssisələrində yeni məzmunlu proqramların (SABAH, ingilisdilli tibb fakültəsi, tibbi tədqiqat klinikası və s.) tətbiqi üzrə layihələr həyata keçiriləcəkdir. Təbii olaraq, bu sahədə, Naxçıvan Dövlət Universitetinin nəzdində:
– Naxçıvan Musiqi Kolleci, 2021-ci ildən;
– Naxçıvan Texniki Kolleci və Naxçıvan Tibb Kolleci isə, 2023-cü ildən etibarənfəaliyyətlərini davam etdirməkdədirlər. Hazırda onların hər birində ümumilikdə, subbakalavr təhsil pilləsində əyani şöbədə 1490 tələbə, qiyabi şöbədə isə 38 tələbə təhsil
alır.
Eyni zamanda, 2023-cü ildə Gimnaziyanın 213 şagirdlə, 2024-cü ilin sentyabr= ayında Kembric məktəbinin 74 şagirdlə Naxçıvan Dövlət Universitetinin nəzdinə verilmiş olması universitetinin tədris proseslərindəki etibarlılığın daha da yüksəldilməsinə təminat yaratmışdır.
Qeyd etmək olar ki, 3 iyul 2024-cü il tarixində lisenziya alan Kembric məktəbinin 74 şagirdinin tədris prosesləri ilə hazırda 21 müəllim məşğul olur ki, onlardan biri də xaricdən dəvət olunmuşdur. Qeyd etmək olar ki, Fabian Chavez adlı həmin müəllim, Kimbric təhsili sahəsində kifayət qədər təcrübəsi olan bir mütəxəssisdir. Tədris ilinin bundan sonrakı mərhələsində isə yeni xarici müəllimlərin dəvət olunması nəzərdə tutulmuşdur. Təbii olaraq, bütün bunlar, universitetin tədris proseslərinin məqsədyönlü olaraqtəşkilatlanması, nizama salınması və səmərəli idarə olunması ilə bağlı olan məsələlərin məcmusunu özündə əks etdirməkdədir. Təhlillər nəticəsində aydın olur ki, 2023-2024- cü tədris ili ərzində Naxçıvan Dövlət Universitetinin 45 (iki kafedra sonradan yaradıldı) kafedrasında tədris yükünün düzgün bölünməsi, ixtisaslaşmaların qorunması və bu əsasda da, proseslərin təşkil olunması sahəsində məqsədyönlülüyün qorunması təmin olunmuşdur. İstinad olunan müddətlər ərzində kafedralar üzrə 363314 saat dərs yükü yerinə
yetirilmişdir ki, bunun 235313 saatı ştatda olan dərs yükü kimi 128001 saatı isə saathesabı qaydada icra olunmuşdur. Yeni təhsil standartlarına keçidlə əlaqədar tədbirlər davam etdirilmiş, 2023-2024-cü tədris ilində təhsil sisteminin bütün pillələrində Bolonya prosesinin tələblərinə uyğun olaraq, təhsilin kredit sistemi ilə təşkili həyata keçirilmişdir..
Gundelik.az

