NATO-nun baş katibi Mark Rutte mayın 13-dəTürkiyəyə səfər edəcək.
Gundelik.az “Reuters”ə istinadən xəbər verir ki, M. Rutte səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
“NATO-nun baş katibi Mark Rutte mayın 14-15-də Antalyada keçiriləcək NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü öncəsi mayın 13-də Ankaraya səfər edəcək”, – deyə məlumatda bildirilir.
Görüşdə müzakirə ediləcək məsələlər isə hələlik açıqlanmayıb.
Gundelik.az
