İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

NATO illik nüvə çəkindirmə təliminə başlayır

NATO oktyabrın 13-də illik “Sabit Günorta” adlı nüvə çəkindirmə təliminə start verəcək.

Gundelik.az xəbər verir ki, bu barədə Alyansın baş katibi Mark Rutte videomüraciətində bildirib.

Rutte vurğulayıb ki, bu təlimlər hər il keçirilir və məqsəd NATO-nun nüvə çəkindirmə imkanlarının etibarlılığını, təhlükəsizliyini və effektivliyini təmin etməkdir.

“Təlimlər istənilən potensial rəqibə aydın mesaj verir ki, biz bütün müttəfiqləri hər cür təhdidə qarşı müdafiə etməyə və qorumağa hazırıq”, – NATO rəhbəri qeyd edib.

Gundelik.az