NASA-nın Curiosity aparatı Marsın Qeyl kraterində təxminən 14 ildir apardığı araşdırmalar zamanı qeyri-adi geoloji quruluş aşkar edib.
Aparat Mount Sharp dağının sulfatlarla zəngin Valle Grande bölgəsində diametri təxminən 1 santimetr olan dayaz və kiçik dəliklər qeydə alıb. Əvvəllər müşahidə edilən çökəkliklərdən fərqli olaraq, onların ətrafında aşınma nəticəsində ayrılmış çınqıl və ya mineral qalıqları müşahidə olunmayıb.
Alimlər bu strukturların Marsda məlum aşınma proseslərindən fərqli şəkildə yarana biləcəyini düşünürlər. Quruluşların mənşəyini müəyyənləşdirmək üçün Curiosity-nin MAHLI və Mastcam kameraları ilə ərazinin yaxın görüntüləri və üçölçülü səth modelləri hazırlanaraq təhlil edilir.
Mütəxəssislər dəliklərin indiyədək məlum olmayan eroziya prosesi, yaxud süxurların fərqli fiziki xüsusiyyətləri nəticəsində yarandığını müəyyənləşdirməyə çalışırlar.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
