Gundelik.az Xəbərlər İqtisadiyyat Nəqliyyat sahəsi üzrə biznes kredit portfeli böyüyüb
İqtisadiyyat Xəbərlər

Nəqliyyat sahəsi üzrə biznes kredit portfeli böyüyüb

Bu ilin iyulun 1-nə Azərbaycan banklarının nəqliyyat sahəsinə verilmiş biznes kredit portfeli 1,588 milyard manat təşkil edib.

Gundelik.az bu barədə Mərkəzi Bankdan məlumat əldə edib.

Sözügedən sahə üzrə kredit portfeli aylıq müqayisədə 92,6 milyon manat (6,2%) azalıb, ötən ilin eyni dövrü ilə nisbətdə isə 224,1 milyon manat (16,4%) artıb.

Belə ki, nəqliyyat sahəsi üzrə banklar tərəfindən verilmiş biznes kreditlərin məbləği 2025-ci ilin iyunun 1-nə 1,496 miyard manat, ötən ilin iyulun 1-nə isə 1,364 milyard manat təşkil etmişdi.

Qeyd edək ki, cari ilin iyul ayının 1-nə Azərbaycanda bankların kredit portfelinin həcmi 28,472 milyard manata bərabər olub. Kredit portfelinin 15,144 milyard manatı biznes kreditləri, 8,898 milyard manatı istehlak kreditləri, 4,430 milyard manatı isə ipoteka kreditləri təşkil edib.

Gundelik.az

Exit mobile version