Gundelik.az Mədəniyyət və cəmiyyət Bayram günlərində Bakıda sıxlıq gözlənilir – alternativ marşrutlar açıqlandı
Mədəniyyət və cəmiyyət Xəbərlər

Bayram günlərində Bakıda sıxlıq gözlənilir – alternativ marşrutlar açıqlandı

17–18 mart tarixlərində paytaxt Bakı şəhərində nəqliyyat sıxlığının artacağı proqnozlaşdırılır. Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov sürücülərə alternativ marşrutlardan istifadə etməyi tövsiyə edir.

Ekspertin sözlərinə görə, Sumqayıt istiqamətində hərəkət edənlər üçün Böyükşor–Pirşağı–Sumqayıt yolu daha məqsədəuyğun seçim hesab olunur. Həmçinin Xırdalan, Masazır və Sulutəpə istiqamətinə gedən sürücülərə Azadlıq prospekti–Binəqədi yolundan istifadə etmələri məsləhət görülür. Cənub istiqamətində isə Bakı dairəvi yolu vasitəsilə Biləcəri, Yasamal və Badamdar marşrutları daha rahat keçid imkanı yarada bilər.

Qeyd edək ki, qarşıdan gələn Ramazan və Novruz bayramları ilə əlaqədar şəhərdə hərəkət intensivliyinin daha da artacağı gözlənilir. Sürücülərə səfərlərini əvvəlcədən planlaşdırmaları tövsiyə olunur.

Gundelik.az

Exit mobile version