Gundelik.az Xəbərlər İqtisadiyyat Banklar nəqliyyat və rabitə sektoruna kredit qoyuluşlarını artırdı
İqtisadiyyat Xəbərlər

Banklar nəqliyyat və rabitə sektoruna kredit qoyuluşlarını artırdı

Bu ilin avqustun 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən nəqliyyat və rabitə sektoruna qoyulmuş kreditlərin həcmi 1,9 milyard manata çatıb.

Bu barədə Gundelik.az Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə edib.

Məlumata görə, bu göstərici aylıq müqayisədə 6,1 milyon manat və ya 1%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 219,1 milyon manat və ya 11,8% çoxdur.

Qeyd edək ki, ümumilikdə, hesabat dövründə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 30,258 milyard manat təşkil edib.

Bu da aylıq müqayisədə 26,1 milyon manat və ya 0,1%, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 3 milyard manat və ya 11% artım deməkdir.

Gundelik.az

Exit mobile version