İnsan həyatının ən mürəkkəb və eyni zamanda ən vacib cəhətlərindən biri onun sosial kontekstdə formalaşmasıdır. Cəmiyyətdəki dinamikalar, münasibətlər, iqtisadi şərait, mədüriyyət və siyasi mühit birbaşa şəkildə hər bir fərdin gündəlik yaşamına təsir edir. Sosial vəziyyət – insanın şəxsi və ictimai həyatının güzgüsüdür. Bu müsahibədə müxtəlif sosial mühitlərdə yaşayan insanların problemləri, ümidləri və gündəlik çətinlikləri haqqında danışacaq, onların həyat tərzini formalaşdıran amilləri araşdıracağıq. Çünki yalnız anlayaraq dəyişiklik yaratmaq mümkündür.
Sosial vəziyyət – insanın şəxsi və ictimai həyatının güzgüsüdür. Bir neçə sualı öndə tutaraq peşəkara üz tutduq. Bu müsahibədə müxtəlif sosial mühitlərdə yaşayan insanların problemləri, ümidləri və gündəlik çətinlikləri haqqında danışacaq, onların həyat tərzini formalaşdıran amilləri araşdıracağıq. Çünki yalnız anlayaraq dəyişiklik yaratmaq mümkündür. Əsas məqsədimiz, insanların sosial realitiyasını daha yaxşı anlamaq və bu vəziyyətlərin həyat keyfiyyətinə necə təsir etdiyini müzakirə etməkdir. Müsahibimiz Sağlam Cəmiyyət Hərakatının rəhbəri, sosioloq Elçin Bayramlıdır.
Müsahibəni təqdim edirik:
Elçin müəllim, xoş gördük sizi.Müasir cəmiyyətin ən önəmli sosial problemi nədir?
– Müasir cəmiyyətimizin 2 əsaslı çox ciddi sosial problemi var. Onun biri mənəvi deqradasiyadır, digəri isə sosial iqtisadi vəziyyətdir.
Mənəvi deqradasiya 30-35 ildə Sovet dövründən sonra aparılan müasirlik, qadın azadlığı, gender bərabərliyi və s. bu kimi adlar altında aparılan təbliğatlar ilə gənclərin beyninin yuyulmasıdır. Bu kimi adlar altında Qərb dəyərlərinin təbliği və milli-mənəvi dəyərlərimizin aşağı salınması, onun əleyhinə çıxılması, televiziyalarda, şoularda, seriallar və internetdə bu təbliğat aparılır. Bu mənəvi deqradasiyaya gətirib çıxarır və bunun da cəmiyyət üçün çox ağır nəticələri var. Belə ki, milli genefondumuz dağılır, boşanmalar üzrə göstəricilərimiz yüksək həddə çatır, ailələrin qurulması kəskin şəkildə azalır, uşaqların doğulması kəskin şəkildə azalıb, yəni millət həm mənəvi olaraq, həm sosial- fizik olaraq burda məhvə gedə bilər. Bunun qarşısı ciddi şəkildə alınmalıdır. Bu təbliğatlar dayandırılmalı, milli – mənəvi dəyərlərimiz qorunmalıdırlar. Digər nüansları təbliğ edənlər sərt cəzalanmalıdır. Bu aidiyyatı orqanlarının görməli olduğu işdir, öhdəlikdir. Çünki əhalinin, vətəndaşların mənəvi və fiziki sağlamlığının təhlükəsi təmin edilməlidir. Ona görə də bununla bağlı dövlət xüsusi iş aparmalıdır.
İkinci tərəf isə sosial- iqtisadi yönümdür.
Tək ölkədə deyil, dünyada baş verən qlobal hadisələr ölkəmizə də öz təsirini buraxır. İşsizlik, yoxsulluq, bahalaşma, evsizlik və s. problemlər, xəstəliklərin artması, saxta qidalar kimi məsələlər insanların sosial – iqtisadi həyatını ağırlaşdırır və çoxlu problemlər yaradır. Eyni zamanda bu kriminal vəziyyəti də ağırlaşdırır. Harada sosial vəziyyət ağırlaşırsa, orda kriminal vəziyyət də çətinləşdirilir. Bu baxımdan düşünürəm ki, dövlət sosial siyasəti gücləndirməlidir. Bütün vətəndaşlara, xüsusən aztəminatlı əhalinin qorunması üçün sosial dəstək layihələr edilməli, uşaqpulu verməlidir. İşsizlər işlə təmin eləməlidir, təmin edilə bilmirsə, müavinət verməlidir. Yəni elə bir mühit yaranmalıdır ki, sosial bərabərlik olsun… Yəni bir tərəfdən mənəvi, ikinci tərəfdən sosial- iqtisadi məsələlər həll edilməlidir.
Gundelik.az

