Hazırda İsrail və İran arasındakı münaqişədə Moskvanın vasitəçiliyinə tələb yoxdur, lakin bunun gələcəkdə baş verib-verməyəcəyini proqnozlaşdırmaq tezdir.
Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Əlbəttə, yəqin ki, indi buna xüsusi tələbat yoxdur. Lakin bunun gələcəkdə olub-olmayacağını indi proqnozlaşdıra bilmərik”, – Kreml nümayəndəsi qeyd edib.
Gundelik.az

