Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir.
Ulu öndər Heydər Əliyev
Eldar Ağayev 1955 –ci il 29 sentyabrda Gürcüstanın Tibilisi şəhərində hərbçi ailəsində dünyaya gəlmişdir. 1972-ci ildə Bakı Ümumqoşun komandirlər məktəbinə daxil olmuşdur. E.Ağayev Əfqanıstanda xidmətini başa vurduqdan sonra Kalininqrad şəhərinə göndərilmişdir. O, 1989-cu ilə qədər burada motoatıcı alayın kəşfiyyat rəisi vəzifəsində çalışmışdır. Bu müddətdə təhsilini davam etdirmiş, Solneçnoqorsk şəhərində Ali Zabitlər Kursunu bitirmiş, sonra xidmətini Almaniyada yerləşən Qərb Qoşun Qrupunda davam etdirmişdir. Onu əvvəlcə, 70-ci tank alayının kəşfiyyat rəisi, sonra isə Drezden 9-cu Əlahiddə Qvardiya kəşfiyyat taborunun komandiri təyin edilmişdir. Ermənilər torpaqlarımıza hücum edən zaman Eldar Vətənə qayıdır. O, 1991–ci ildə Milli Ordunun tərkibində özünün yaratdığı 775-ci reyd dəstəsinin komandiri kimi fəaliyyətə başladı. Bir müddətdən sonra isə 776-cı kəşfiyyat taborunu yaratdı və onun komandiri oldu. Onun komandirlik etdiyi tabor dəfələrlə qaynar döyüşlərə atılmış və onlarla erməni quldurunu məhv etmişdi. Eldarın yaratdığı tabor 1995–ci il dövlət çevirilişinin qarşısının alınmasında da iştirak etmişdi. Bu taborun 18 əsgər və zabiti “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür. Polkovnik E.Ağayev 1997-ci ildə 2000–ci ilədək Azərbaycan Politexnik İnstutunda hərbi kafedranın rəisi olmuş, 2000-2001–ci illərdə isə BAÜKM-nin kəşfiyyat kafedrasının rəisi vəzifəsində çalışmış, sonra isə öz şərəfli işini Ədliyyə Mazirliyində Məhkəmə Qərarlarının icrası Baş İdarəsinin təlim-tədris mərkəzinin rəis müavini vəzifəsində davam etdirmişdir. 17 may 2013-cü ildə vəfat etmişdir. Ailəlidir, bir övladı var. Sovetlər birliyi zamanı “Qırmızı Ulduz”, “İgidliyə görə” ordenləri ilə təltif olunub. Qarabağ döyüşlərində iştirak etdiyi üçün “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub. Azərbaycan Respublikası prezidentinin 4 aprel 1955-ci il tarixli 307 saylı fərmanı ilə Ağayev Eldar
Əsgər oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Gundelik.az
