İyul 8, 2026
Baku
Siyasət Xəbərlər

Milli Məclis Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hesabatını qəbul etdi

Milli Məclisin bu gün keçirilən iclasında Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı müzakirəyə çıxarılıb.

Gundelik.az xəbər verir ki, məlumatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim edib.

Məlumatda qeyd edilib ki, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatı ötən il respublikamızda bu sahədə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri üzrə beynəlxalq öhdəliklərin yerinə yetirilməsi ilə bağlı görülmüş işləri və əvvəlki illərlə müqayisədə irəliləyişlərin dinamikasını özündə əks etdirir. Məlumat hazırlanarkən Azərbaycan Res publikasının 66 mərkəzi, 77 yerli icra ha ki miyyəti orqanlarının, Naxçıvan Muxtar Respublikasının mərkəzi qurumlarının və yerli icra hakimiyyəti orqanlarının, bir sıra qeyri-hökumət təşkilatlarının məlumatlarından istifadə edilmişdir. Məlumat “Gender (kişi və qadınların) bə rabərliyinin təminatı haqqında Qa nun”un müvafiq maddələrindən irəli gələn 3 istiqaməti əhatə edir. Gender bərabərliyinin təmin edilməsi ilə bağlı dövlət siyasətinin əsas istiqamətləri və dövlətin vəzifələri” bölməsinə gender bərabərliyinin təmin edilməsi ilə bağlı normativ hüquqi bazanın tək milləşdirilməsi, institusional mexanizmlərin fəaliyyəti, gender bərabərliyi mə dəniyyətinin təbliği, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, dövlətin idarə olunmasında və qərarların qəbul edilməsində gender bərabərliyinin təminatına dair məlumatların icmalı daxil edilmişdir.

Müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.