Gundelik.az Dünya Messi Dünya Kubokuna rekordla başladı
Dünya Xəbərlər

Messi Dünya Kubokuna rekordla başladı

Dünya Kubokunun J qrupunda keçirilən ilk oyunda Əlcəzairi 3:0 hesabı ilə məğlub edən Argentina millisinin ulduzu Lionel Messi Dünya Kuboku tarixinin ən çox qol vuran iki futbolçusundan biri olub.

Əlcəzairlə qarşılaşmada meydana çıxan Messi Dünya Kubokunun 6 fərqli turnirində forma geyinən ilk futbolçu kimi tarixə düşüb. Kanzas-Sitidə keçirilən oyunda vurduğu qollar sayəsində o, Dünya Kuboku tarixinin ən məhsuldar bombardiri olan alman futbolçu Miroslav Klose ilə eyni göstəriciyə çatıb.

Oyuna 13 Dünya Kuboku qolu ilə başlayan Messi Əlcəzairə qarşı Argentinanın hər üç qolunu vuraraq turnirlərdəki ümumi qol sayını 16-ya yüksəldib. Beləliklə, o, Klose ilə birlikdə Dünya Kuboku tarixinin ən çox qol vuran futbolçusu statusunu bölüşür. Messi daha bir qol vuracağı təqdirdə bu rekordun yeganə sahibi olacaq.

Zirvə uğrunda mübarizə davam edir

Əlcəzairlə oyundan sonra Dünya Kubokunda keçirdiyi matçların sayını 27-yə çatdıran Messi bombardirlər siyahısında tək deyil. Onu Fransa millisinin hücumçusu Kylian Mbappe yaxından izləyir.

Mbappe 2026 Dünya Kubokundakı ilk matçında Seneqala qarşı iki qol vuraraq turnirlərdəki ümumi qol sayını 14-ə çatdırıb. O, yarışın sonuna qədər vuracağı qollarla Messini geridə qoymağa çalışacaq.

Bu futbolçulardan sonra Dünya Kuboku tarixinin ən məhsuldar oyunçuları siyahısında hərəsi 8 qolla Cristiano Ronaldo, Harry Kane və Neymar yer alırlar.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version