Gundelik.az Xəbərlər Kateqoriya seçilməyən Mahaçqalada öldürülən polis əməkdaşlarının ailələrinin hər birinə 1 milyon rubl veriləcək
Kateqoriya seçilməyən

Mahaçqalada öldürülən polis əməkdaşlarının ailələrinin hər birinə 1 milyon rubl veriləcək

Dağıstanın hakimiyyəti ötən bazar ertəsi Mahaçqalada silahlı hücumda həlak olan polis əməkdaşlarının ailələrinə və yaralananlara pul kompensasiyası ayıracaq.

Gundelik.az xəbər verir ki, bu barədə çərşənbə axşamı respublika başçısı Sergey Melikov öz Teleqram kanalında bildirib.

“Biz ölən polis əməkdaşlarının ailələrinə 1 milyon rubl ayırmaq qərarına gəldik. (…) Bu çətin zamanda onlara dəstək olmaq üçün hər şeyi edəcəyik”, – respublika rəhbəri yazıb.

Melikov əlavə edib ki, hücum zamanı xəsarət alanlara alınan xəsarətlərin ağırlığından asılı olaraq 500 min rubla qədər yardım göstəriləcək.

Maliyyə vəsaitinin “Hamı birlikdə” regional sosial fondundan ayrılacağı bildirilir.

Qeyd edək ki, bazar ertəsi Mahaçqalada naməlum şəxslərin yol polisi bölməsinə hücumu nəticəsində iki polis əməkdaşı həlak olub, daha ikisi yaralanıb. Eyni zamanda hadisə zamanı üç mülki şəxs də yaralanıb. Hücum aktını törədənlərdən ikisi zərərsizləşdirilib.

Gundelik.az

Exit mobile version