İyul 8, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Madonnanın bu görünüşü izləyicilərini təəccübləndirdi

Amerikalı müğənni Madonnanın (tam adı: Madonna Louise Veronica Ciccone) sosial şəbəkələrdə makiyajsız fotoları yayılıb.

Gundelik.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri yazıb.

Nəşr yazır ki, 66 yaşlı müğənni Nyu Yorkdakı Mərkəzi Parkda velosiped sürərkən paparassilərə tuş gəlib.

Məlumata görə, ulduz müğənni qara pencək, tayt və şalvar, həmçinin papaq və gün eynəyi taxıb. Eyni zamanda o, dodaqlarına da çəhrayı pomada çəkib.

Madonnanın bu görünüşü izləyicilərini təəccübləndirib.

Gundelik.az