İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Mərkəzi Bank XDR virus və təhdidlərə qarşı xidmətlərə yarım milyon ayırdı

Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) XDR virus və təhdidlərə qarşı aşkarlama/reaksiya xidmətləri satın alır.

Gundelik.az-in məlumatına görə, eyni zamanda tənzimləyici qurum SOAR təhdid kəşfiyyatının idarə edilməsi sistemlərini də sifariş edib.

Belə ki, artıq AMB sözügedən işləri “SmartIT” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkətə 547 916 manat ödənilib.

Gundelik.az