Gundelik.az Xəbərlər İqtisadiyyat Mərkəzi Bank iki sığorta şirkətinə icrası məcburi göstəriş verib
İqtisadiyyat Xəbərlər

Mərkəzi Bank iki sığorta şirkətinə icrası məcburi göstəriş verib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Azərbaycan Sənaye Sığorta” və “Qala Həyat Sığorta” ASC-lərə icrası məcburi göstəriş verib.

Gundelik.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə ,Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hər iki sığorta şirkətinə “Sığortaçılarda korporativ idarəetmə Standartları”na əməl olunmaması ilə əlaqədar olaraq “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 102-ci maddəsinin tələblərinə əsasən icrası məcburi olan göstəriş verilib.

Exit mobile version