İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

Mərkəzi Bank iki sığorta şirkətinə icrası məcburi göstəriş verib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Azərbaycan Sənaye Sığorta” və “Qala Həyat Sığorta” ASC-lərə icrası məcburi göstəriş verib.

Gundelik.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə ,Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hər iki sığorta şirkətinə “Sığortaçılarda korporativ idarəetmə Standartları”na əməl olunmaması ilə əlaqədar olaraq “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 102-ci maddəsinin tələblərinə əsasən icrası məcburi olan göstəriş verilib.