İyul 8, 2026
Baku
Hadisə Xəbərlər

Mərdəkanda dənizdə batan 16 yaşlı gəncin meyiti tapılıb

İki gün əvvəl Mərdəkanda dənizdə batan 16 yaşlı gəncin meyiti tapılıb.

Bu barədə Gundelik.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2010-cu il təvəllüdlü Hümbətov Vüsal Arif oğlunun meyiti batdığı yerdən təxminən 6 kilometr aralı sahildə aşkar edilib.