İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Məhkəmə “Karaca Group”u cərimələdi

“Karaca Group” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) Nərimanov rayonunda yerləşən “Karaca” qab-qacaq satışı mağazası barəsində inzibati protokol yazılıb.

Gundelik.az “Teleqraf”a istinadla xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən MMC-yə məxsus mağazada yoxlama aparılıb.

MMC-yə məxsus “Karaca” qab-qacaq satışı mağazasında aparılan yanğın texniki müayinə zamanı məlum olub ki, yanğın təhlükəsizliyi qaydalarının tələbləri pozulub.

MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə protokol yazılıb.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə MMC 350 manat cərimə edilib.