İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

Lüksemburq Fələstini tanımağı planlaşdırır

Lüksemburq sentyabr ayında Fələstini tanımağı planlaşdırır.

Gundelik.az xəbər verir ki, bu barədə RTL telekanalı ölkənin baş naziri Lyuk Friden və xarici işlər naziri Ksavye Bettelin açıqlamalarına istinadən məlumat yayıb.

Məlumata görə, yekun qərar Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasında veriləcək.

Xatırladaq ki, ABŞ dövlət katibi Marko Rubio bəzi ölkələrin Fələstini tanımaq təşəbbüsünü İsraillə Həmas arasında münaqişənin həllinə maneə kimi dəyərləndirib. Sentyabrın 12-də isə İsrail BMT Baş Assambleyasının iki dövlətli həll ilə bağlı qətnaməsini rədd edərək təşkilatın qərar qəbul edən qurumunu “siyasi sirk” adlandırıb.

Gundelik.az