Gundelik.az Hadisə Lökbatandakı yanğında xəsarət alan olmayıb (YENİLƏNİB)
Hadisə Xəbərlər

Lökbatandakı yanğında xəsarət alan olmayıb (YENİLƏNİB)

Mayın 12-i saat 01:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Qaradağ rayonu, Lökbatan qəsəbəsindən çağırış qeydə alınıb.

Bu barədə Gundelik.az-a Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.

Bildirilib ki, saat 09:30 radələrinədək xəsarət qeydə alınmayıb.

XXX
08:49

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən Gundelik.az-a bildirilib ki, Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hazırda hadisə yerindədir.

Əlavə məlumat veriləcək.

Exit mobile version