Gundelik.az İdman “Liverpul” – “Qarabağ” oyununu slovakiyalı hakim idarə edəcək
İdman Xəbərlər

“Liverpul” – “Qarabağ” oyununu slovakiyalı hakim idarə edəcək

İngiltərədə “Liverpul” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun oyununun baş hakimi açıqlanıb.

Gundelik.az-ın məlumatına görə, matçı slovakiyalı Ivan Kruzliak idarə edəcək.

Qeyd edək ki, “Liverpul” – “Qarabağ” oyunu yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Exit mobile version