Gundelik.az Dünya Litva Aİ-dən 1 milyard avro aldı
Dünya Siyasət Xəbərlər

Litva Aİ-dən 1 milyard avro aldı

Litva Avropa İttifaqının SAFE (Avropa üçün Təhlükəsizlik Fəaliyyəti) hərbi proqramı çərçivəsində 956 milyon avro məbləğində ilk tranşı alıb.

Gundelik.az xəbər verir ki, bu barədə Baltikyanı respublikanın Maliyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, ödəniş ölkəyə ayrılan ümumi 6,375 milyard avroluq kreditin 15%-ni təşkil edir.

SAFE proqramı çərçivəsində güzəştli kreditlər milli dayanıqlığı gücləndirmək və müdafiə qabiliyyətlərini inkişaf etdirmək üçün nəzərdə tutulub.

Exit mobile version