Litva ordusu yerli istehsalçılardan 30 milyon avrodan çox dəyərdə olan tank əleyhinə minalar və dronlar alacaq.
Gundelik.az xəbər verir ki, bu barədə Baltikyanı respublikanın Müdafiə Nazirliyi məlumat verib.
“Bu qərar milli müdafiə sənayesinin gücləndirilməsində mühüm addımdır. Bu, həmçinin müdafiə sektorumuzun yetkinliyini və milli təhlükəsizliyin təmin edilməsinə effektiv töhfə vermək qabiliyyətini nümayiş etdirir”, – məlumatda deyilir.

