Gundelik.az Mədəniyyət və cəmiyyət Çağdaş ədəbiyyatımızın sevilən siması Leyla Mətinin yeni kitabının imza günü qardaş ölkədə keçirilib
Mədəniyyət və cəmiyyət Xəbərlər

Çağdaş ədəbiyyatımızın sevilən siması Leyla Mətinin yeni kitabının imza günü qardaş ölkədə keçirilib

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Leyla Mətinin “Sevgi mövsümü” adlı yeni kitabının imza günü 3 May tarixində Türkiyənin İzmit şəhərində, Kocaeli Büyükşehir Bələdiyyəsinə bağlı Sivil Cəmiyyət Mərkəzinin konfrans zalında hər ay mütəmadi olaraq keçirilən İzmit Şeir Məclisinin bu dəfəki qonağı oldu.

Proqrama İzmit Şeir Məclisinin qurucu üzvlərindən Bekir Ahıskalı, professor doktor Mustafa Güneş, İl Təhsil İdarəsinin şöbə müdiri M. Rıza Ayaz, MARİMDER sədri Ramazan Öztürk ilə yanaşı, gözəl şeirləri ilə Murat Kök, Selma Uçar, Erol Yüce, kiçik şairə Havvanur Katkay və anası Yasemin Akgün, eləcə də Oral Balcı da dəstək verdilər.

Tədbirin aparıcısı – yazar, ədəbiyyat araşdırmaçısı Mehmet Asıf Işık – sözün gücündən, şairin duyğulu baxış bucağından danışıb və tədbir boyunca müəllifin şeirlərini səsləndirib.

Çıxış edən qonaqlar azərbaycanlı şairlə görüşdən məmnunluqlarını ifadə edərək, iki qardaş ölkə arasında ədəbiyyat sahəsindəki yaxın əlaqələrin qürurverici olduğunu bildiriblər.

Kitabın nəşrini təmənnasız şəkildə həyata keçirən Dünya Sanatçılar Dərnəyinin sədri və “Liz Yayınları”nın rəhbəri, şair Ramazan Seydaoğlu da çıxış edərək kitabın ərsəyə gəlmə prosesi və sözün dəyəri haqqında danışıb.

Leyla Mətin tədbirin sonunda təşkilatçılara və iştirakçılara təşəkkür edib, öz şeirlərindən nümunələr səsləndirib. Ənənəyə uyğun olaraq tədbirin sonunda kitablar imzalanıb və xatirə şəkilləri çəkilib.

Qeyd edək ki, “Sevgi mövsümü” müəllifin sayca üçüncü kitabıdır.

Gundelik.az

Exit mobile version