Gundelik.az Ölkə Lerikin bu kənd yolu 100 min manata təmir olunacaq
Ölkə Xəbərlər

Lerikin bu kənd yolu 100 min manata təmir olunacaq

Lerik rayonunun Züvüç kəndində daxili avtomobil yolu əsaslı təmir olunacaq.

Gundelik.az-ın məlumatına görə, Lerik Rayon İcra Hakimiyyəti (RİH) artıq bununla bağlı müvafiq işlərə start verib.

Belə ki, RİH sözügedən işlərlə əlaqədar “Elnur-2” Universal İstehsalat Kommersiya şirkəti ilə müqavilə imzalayıb.

Müqavilənin dəyəri 100 min 232,09 manat təşkil edir.

Exit mobile version